Alimlər səhər yeməyinin vacibliyini təsdiq edən araşdırma aparıblar.
Bir neçə dəfə səhər yeməyindən imtina etmək şəkərli diabet və ya infarktın yaranmasına səbəb ola bilər.
Alimlər bildiriblər ki, insan orqanizmində maddələr mübadiləsinə cavabdeh genlər var. Bu strukturda meydana çıxan qarışıqlıq prosesin kontroldan çıxmasına səbəb olur.
Bundan əlavə alimlər irəli sürdükləri nəzəriyyəni praktikada sübut etmək qərarına gəliblər. Bu məqsədlə aparılan tədqiqatlarda 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü iştirak edib.
Birinci qrupa daxil olanlar altı ay müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər.
Sonda iştirakçıların analiz nəticələrinə görə bəlli olub ki, səhər yeməyi yeməyənlərin metabolizmlərində ciddi pozuntular müşahidə edilir. Gündəlik səhər qidası isə orqanizmə heç bir zərər verə bilməz.