“Onun varidatının cəmi 2 faizi planetdəki aclıq problemini həll edə bilər…”

0
277

Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli deyir ki, İlon Maskın sərvətinin cəmi 2 faizi dünyadakı aclıq problemini həll edə bilər.  Bu haqda  “CNN” reportaj yayımlayıb.

Devid Bizli hesab edir ki, milyarderlər  məhz indi birləşsələr, bu, dünyada aclıq problemlərindən qaçmağa kömək edəcək. Xüsusilə, söhbət son günlər bütün dövrlərin ən zəngin adamı elan edilmiş  İlon Mask və Jeff Bezosdan gedir.  “Bloomberg”-in son məlumatlarına görə, “Tesla” sahibinin sərvəti təxminən 289 milyard dollardır.  D.Bizli isə onun varidatının yalnız iki faizini ianə etməsini istəyir…  Amerikalı milyarderlərin sərvəti pandemiyanın başlanmasından bəri təxminən iki dəfə artaraq oktyabrda 5,04 trilyon dollara çatıb…  “İqlim dəyişikliyi və “COVID-19” pandemiyası kimi çoxsaylı böhranlardan ibarət “mükəmməl fırtına” bir çox ölkənin aclıq astanasında olması deməkdir “deyə Bizli bildirib.  ÜƏP-in bazar ertəsi açıqlanan hesabatına görə, hazrıda Əfqanıstan əhalisinin yarısı, yəni 22,8 milyon insan kəskin aclıqla üz-üzədir… İşsizlik və likvidlik böhranı ölkənin humanitar böhranın astanasında olması deməkdir və beş yaşdan kiçik 3,2 milyon uşaq risk altındadır… ÜƏP-in hesablamalarına görə, Efiopiyanın keçən ildən bəri baş nazir Abiy Əhmədin Tiqray Xalq Azadlıq Cəbhəsinə  qarşı böyük bir hücuma başladığı bölgəsi olan Tiqray rayonunda 5,2 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var.  O vaxtdan bəri minlərlə dinc sakin həlak olub, 2 milyondan çox insan öz evlərini tərk edib…  ÜƏP kimi yardım təşkilatları bölgədəki ehtiyacı olanlara mal çatdırmaq üçün mübarizə aparır,  böhran isə daha da güclənir. Bizli “Onların yeməkləri haradan aldığını bilmirəm –deyib,- Bizim əməkdaşlarımıza ödəmək üçün nağd vəsaitimiz tükənir, pulumuz tükənir… Xatırladaq ki,  bir müddət öncə BMT bu qış milyonlarla əfqanın aclıqla üzləşəcəyi barədə xəbərdarlıq etmişdi…