Sərnişinlərin “BakıKart” probleminə Agentlikdən CAVAB

0
296

Paytaxt sakinləri “BakıKart” terminallarının azlığından şikayət edirlər.

Sakinlər tərəfindən Oxu.Az-a daxil olan müraciətdə qeyd olunub ki, ölkədə əksər marşrutların kart sisteminə keçməsinə baxmayaraq, dayanacaqlarda ödəniş terminalları demək olar ki, mövcud deyil:

“Bayıldan “İçərişəhər” metro stansiyasına piyada getməli oluruq. Məsələ ilə bağlı müraciət etmək üçün Bakı Nəqliyyat Agentliyi ilə əlaqə yaratmaq istəsək də, cəhdlərimiz alınmır”.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, sərnişinlərin rahatlığını təmin etmək üçün dayanacaq məntəqələrindən kənarda “BakıKart”ın balansını artırmaq üçün vasitələr istifadəyə verilib:

“Sərnişinlərimiz artıq internet portalı (online.bakikart.az) üzərindən, 200-dən artıq “OBA” marketdə kassalarda quraşdırılan post-terminallardan və “MilliÖn”ə məxsus 1000-ə yaxın ödəmə terminalından istifadə etməklə “BakıKart”ın balansını artıra bilər. Bununla yanaşı, hazırda strategiyaya uyğun olaraq gələcəkdə NFC və birbaşa bank kartları vasitəsilə də “BakıKart”ın balansını artırmaq imkanlarının işə salınması üçün texniki tədbirlər görülür”.