Sürət qatarlarının sayı artırıldı: Xırdalan sakinlərinə ŞAD XƏBƏR – FOTO

0
280

Sabahdan Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu addım sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır. Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq, Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən, Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.