Təhsil Nazirliyi noyabrın 1-dən məktəblərin bağlanacağı iddialarına CAVAB VERDİ

0
315

Təhsil Nazirliyi noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin dayandırılması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, məlumat yanlışdır:

“Sosial mediada Təhsil Nazirliyinin adından yayılan və məktəblərin bağlanmasını tirajlayan “xəbər” dezinformasiya xarakterlidir”.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkədə üzrə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin noyabrın 1-dən dayandırılacağı iddiaları yayılıb.