Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborant kimi çalışan Aynur Əsədlinin intihara cəhd etməsi ilə bağlı məsələyə münasibət bildirib.
İnstitutdan bildirilib ki, əmək vəzifəsini icra etmədiyinə görə Aynur Əsədlidən izahat istənilib:
“Aynur Əsədli bununla razılaşmayıb və etik normalara zidd davranış nümayiş etdirib”.
Qeyd edək ki, unikal.org-un yaydığı məlumata görə, həkim laborant Əsədli Aynur Azad qızı özünü qayçı ilə doğrayaraq intihar etmək istəyib. Həkim yoldaşları onun intihar etməsinə mane olublar.
İntihar etmək istəyən şəxs şöbə müdirinin onun haqqında rəhbərliyə qərəzli məlumat verdiyini iddia edib.
Qeyd edək ki, bir müddət əvvəl də Aynur Əsədlinin narazılığı barədə mediada məlumatlar yayılmışdı.