Azərbaycana avtomobil ixracı 68 faiz artıb – RƏSMİ

0
316
Hyundai Motor Co. Santa Fe sport utility vehicles (SUV) stand on display during a launch event for the updated vehicle in Goyang, South Korea, on Wednesday, Feb. 21, 2018. To recapture buyers in the U.S. who have shunned its sedans and compact cars, Hyundai has said it will bring eight new or redesigned crossovers or SUVs by 2020. Photographer: SeongJoon Cho/Bloomberg

2021-ci ilin doqquz ayı ərzində Azərbaycana 64 954 avtomobil idxal edilib.

Dövlət Gömrük Komitəsindən əldə etdiyimiz məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26 322 ədəd və ya 68,1 faiz artıb.

İdxal edilən avtomobillərin ümumi dəyəri 659 508 160 ABŞ dolları həcmində olub. Azərbaycan avtomobil idxalına ötən ilin eyni dövrü ilə müqayisədə 196 854 100 dollar və ya 42,5 faiz daha çox vəsait sərf edib.

Müvafiq dövr ərzində ölkəmiz 141 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi idxal edib. İdxal həcmi 2020-ci ilin müvafiq dövrünə nəzərən 12 ədəd və ya 9,3 faiz artıb. Bu avtomobillərin idxal dəyəri 20 100 580 dollara yaxın olub.

Cari dövrdə 60 578 ədəd minik avtomobili idxal edilib və onların ümumi dəyəri 562 679 890dollar təşkil edib. İdxal həcmi ötən ilin eyni dövrünə nəzərən 24542 ədəd və ya 68,1 faiz çox, onların dəyəri isə illik müqayisədə 40,1 faiz artıb.  

Doqquz ay ərzində yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin idxal həcmi 1 746 ədəd və ya 1,7 dəfəyə qədər artıb. Müvafiq dövr ərzində 4 123 ədəd bu tipdə avtomobil idxal olunub və onların ümumi dəyəri 64 150 800dollar təşkil edib.

Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin idxalı artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 ədəd və ya 24,4 faiz çox olmaqla 112 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb və onların ümumi idxal dəyəri 12 576 890 dollar olub.