Yolçu Xanvəli vəfat etdi

0
285

Tanınmış jurnalist Yolçu Xanvəli dünyasını dəyişib.

Nu barədə onun oğlu Heydər Həsənli məlumat verib. Onun sözlərinə görə, jurnalist bu gün 58 yaşında vəfat edib. 

Məlumata görə, Y. Xanvəli bir neçə gün əvvəl infarkt keçirib, 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunurdu.

Qeyd edək ki, Y. Xanvəli 1963-cü ildə anadan olub. Jurnalist “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin Mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.