Azərbaycanda istehlaka yararsız kolbasa məhsulları aşkarlandı – FOTO

0
382

Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qurbanov Etibar Əlipaşa oğluna məxsus qida məhsullarının saxlanıldığı anbara baxış keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, istifadə müddəti bitmiş, kif və göbələklərlə örtülmüş, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan ümumi çəkisi 180 kq müxtəlif növ kolbasa məhsulları aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.