Azərbaycan parlamenti Zəfər Günü ilə bağlı bəyanat qəbul edəcək

0
328

Azərbaycan Milli Məclisi 8 Noyabr – Zəfər Gününün birinci ildönümü ilə bağlı bəyanat qəbul edəcək.

Bunu “Report”a açıqlamasında parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.