Moskvada Azərbaycan, Rusiya, Ermənistan dini liderlərinin görüşü keçirilir

0
329

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş keçirilir.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Görüşü patriarx Kirill açıb. O qeyd edib ki, görüşdə Qarabağda çoxillik münaqişənin nəticələri müzakirə ediləcək.

Patriarx Kirill deyib: “Ümidvaram ki, biz xalqlarımıza daha çox lazım olan düzgün sözləri tapacağıq. İnanıram ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin nüfuzu insanların zəkasına səmərəli təsir göstərə biləcək, inanıram ki, bugünkü görüş faktının özü və əziz qardaşlar, sizin aranızda dialoq hamı üçün nümunə olacaq. Qoy ulu Tanrı bizim zəhmətimizi qəbul etsin və qədim Qafqaz torpağında möhkəm və uzunmüddətli sülhə nail olmağa kömək edəcək qarşılıqlı anlaşma tapmaqda bizə yardımçı olsun”.