Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları ötdü: 15 nəfər öldü – FOTO

0
323

Son sutkada Azərbaycanda koronavirusa 1277 yeni yoluxma faktı qeydə alınıb, 853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 494 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 514 nəfər müalicə olunaraq sağalıb, 6 692 nəfər vəfat edib, aktiv xəstə sayı 12 861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 569, ötən müddət ərzində isə ümumilikdə 4 969 881 test aparılıb.

Qeyd edək ki, dünənki statistikaya əsasən, Azərbaycanda koronavirusa 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.