ÜST-dən “Sinovac”la bağlı açıqlama

0
339

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı vaksinlərin əlavə (üçüncü) dozası barədə açıqlama yayıb.

Təşkilat peyvəndin gücləndirici dozasını immuniteti zəifləmiş insanlar üçün tövsiyə edib.

Qurumdan verilən məlumata görə, əlavə doza qismində bu və ya digər ölkədə təsdiqlənmiş istənilən COVID vaksini tətbiq oluna bilər.

Ölkəmizdə geniş istifadə edilən “Sinovac” peyvəndinə gəlincə, ÜST bu vaksinin üçüncü dozasının 60 yaşdan yuxarı şəxslərə vurulmasını məsləhət görüb.