Həkimlər ŞOKDA: Mədəsindən 1 kilo mismar çıxdı – FOTO

0
519
Həkimlər ŞOKDA: Mədəsindən 1 kilo mismar çıxdı - FOTO

Litvanın Klayped şəhərində qarnında kəskin ağrıyla gələn xəstənin mədəsindən 1 kiloqram dəmir çıxarılıb.

Rentgen aparatından istifadə olunmaqla 3 saat ərzində aparılan əməliyyatdan sonra onun mədəsindən təxminən 10 santimetr uzunluqda mismarlar xaric edilib.

Həkimlər ŞOKDA: Mədəsindən 1 kilo mismar çıxdı - FOTO

Daha öncə də insanların mədəsindən iynə, qəpik kimi metal əşyalar çıxarılsa da, bu dəfə yad cismlərin miqdarı həkimləri təəccübləndirib.

Məlumata görə, pasiyent mismar və digər dəmir əşyaları bir ay ərzində udub. Yad cismlər onun mədəsinin divarlarını zədələyib.

Həkimlərin təcili müdaxiləsi olmasaydı, bu kimi “təcrübə”lərin ölümlə nəticələnə biləcəyi vurğulanır.