COVID-19-un yenidoğulmuşlara təsiri öyrənilib

0
325

Böyük Britaniyadan olan tədqiqatçılar anadan keçən koronavirus infeksiyasının yeni doğulmuş uşağın immunitet sisteminə təsirini müəyyən ediblər.

Mütəxəssislər xəstə olan (PCR testləri doğuşdan ən azı iki həftə əvvəl keçirilmiş) və ya artıq COVID-19-da sağalan 30 ananın yeni doğulmuş uşaqlarının sağlamlığını qiymətləndiriblər. İlk uşaqların təbii qatil hüceyrələri və bəzi T hüceyrələrinin daha yüksək olduğu ortaya çıxıb. Hər iki qrupdan olan yeni doğulmuşlarda plazma sitokinləri – kiçik məlumat molekulları yüksəlib, bu da tədqiqatçıların fikrincə, anada olan infeksiyanın yenidoğanın immun sistemindəki dəyişikliklərə təsir etdiyini göstərir.

Anaların uşaqlarına SARS-CoV-2 əleyhinə anticismləri plasentadan keçirərək passiv immunitet ötürdükləri də ortaya çıxıb. Bu, hamiləliyin erkən mərhələlərində COVID-19-dan əziyyət çəkən qadınlarda xüsusilə nəzərə çarpıb. Tədqiqatçılar virusun özünün anadan uşağa keçib-keçmədiyini öyrənməyi planlaşdırırlar.