“Facebook” şirkətinin işçiləri sosial şəbəkənin işində yaranan problemi öyrənmək və mövcud vəziyyəti qiymətləndirmək üçün şirkət binasına daxil ola bilmirlər.
Bu barədə “New York Times” nəşrinin müxbiri Şira Frenkel məlumat verib.
Onun sözlərinə görə, işçilərin binaya giriş kartı şirkətin qapılarını açmır.
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin işində problem yaranıb. Problem ABŞ, Böyük Britaniya, həmçinin Kanada, Niderland, Almaniya, İtaliya, Fransa, Rusiya və s. ölkələrdə müşahidə olunur.