Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilir – FOTO

0
311

Bu gün Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib ki, 8 Noyabr – Zəfər günündən ötən qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyilə başlamış quruculuq işləri uğurla davam edir:

“Azərbaycan azad edilmiş torpaqlarında dünyanın ən son texnoloji uğurlarını tətbiq edərək, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrini sürətlə həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradır.  

Heç şübhəsiz ki, bu imkanlar barədə bugünkü Azərbaycan-Yaponiya İnvestisiya Forumunda iştirak edən investorlara da məlumat veriləcək. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və s. sahələrdə yaxından iştirak edirlər”.

O qeyd edib ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarıdır.