DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi

0
384
DİM rezidenturaya qəbul olmaq istəyənlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında statistik məlumatı təqdim edib.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, namizədlərdən 543 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.

İxtisas seçimində düzgün qərar qəbul etmək, öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də, öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi oktyabrın 4 dək aparılacaq.

Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq əsas (baza ali) tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər. DİM-in saytında yerləşdirilən cədvəllərdə istiqamətlər və ballar üzrə histoqram təqdim edilib.