Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının fotosu yayılıb.
27 yaşlı Xanım Məmmədova Musa qızı bu gün Post Patrul Xidmətinin serjantı, əri İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyü barədə şikayət ərizəsi üçün dəvət olunduğu bölmədə güllələnərək öldürülüb.
Onlar səkkiz il qabaq ailə həyatı qurublar. Ailənin iki azyaşlı uşağı var. Onlardan biri məktəblidir, digəri bağçada təlim-tərbiyə alır.
Xanım Məmmədova sabah doğulduğu Qax rayonunun Cəlayir kəndində dəfn olunacaq.