Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 479 814 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.
Ölkədə son sutka ərzində 12 274, hazırkı dövrədək isə 4 814 503 test aparılıb.