Azərbaycanda qədim məbəddən müəmmalı səs gəlir – VİDEO

0
435

Gəncənin Qaraçılar adlanan məhəlləsində qeyri-adi hadisələr baş verdiyi iddia edilir. Sakinlərin bildirdiyinə görə, burada inşa edilən məbəddən qəribə səslər eşidilir. 

Sakinlər deyir ki, ərazi qədim qəbiristanlıq olub. Hətta məbədin tam yaxınlığında qədim başdaşı da var.

Zamanla məbədə giriş çətinləşib. Söhbət ondan gedir ki, qədim tikili indi iki həyət evinə birləşib və məbədin qapısı fərdi yaşayış evinə açılır. 

Araşdırma zamanı məlum oldu ki, tikili gürcü əsilli rus generalı Pavel Sisianov tərəfindən 1804-1810-cu illərdə inşa edilib, ərazidə isə rus əsgərləri dəfn edilib.