Dünya birliyi “Taliban” hərəkatının formalaşdırdığı hökuməti təcrid etmək siyasəti yerinə, ölkədəki kritik humanitar vəziyyətlə bağlı ona kömək etməlidir.
Bu barədə Pakistan Baş naziri İmran Xan bildirib.
“Əgər indi Əfqanıstana diqqət yetirməsək, gələn il ölkə sakinlərinin 90%-ə yaxını yoxsulluq həddinə çatacaq”, – o, BMT Baş Assambleyasının keçirilən sessiyasında videoformatda çıxışı zamanı deyib.
Baş nazir Əfqanıstanda humanitar böhranın yalnız bu ölkə ilə qonşu olan dövlətlərə deyil, bütövlükdə dünyadakı vəziyyətə də təsir edəcəyini bildirib.
Xanın sözlərinə görə, Əfqanıstana humanitar yardım dərhal göstərilməlidir.