Kanadanın baş naziri Castin Trüdonun rəhbərlik etdiyi hakim Liberal Partiyası ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin qalibi olub.
Liberallar 31,8 faiz səslə 338 seçki dairəsindən 156-nı qazanıb.
İkinci yerdə gələn Mühafizəkarlar Partiyası isə 121 seçki dairəsində qalib gəlib.
Üçüncü yerdə 32 bölgə üzrə 8,1 faiz səslə Kvebek bloku, sonrakı yerlərdə 27 seçki dairəsində qələbə qazanan Yeni Demokrat Partiyası (17,6 faiz) və iki dairədə yer götürməyi bacarmış Yaşıllar (2,3faiz) qərarlaşıb.