Dünya əhalisinə vurulan koronavirus peyvəndinin sayı 6 milyarda çatır

0
304

Dünyanın 184 ölkəsində koronavirusa qarşı 5,95 milyard dozadan artıq peyvənd vurulub.

Bu rəqəm planetimizin əhalisinin 38,7 faizini vaksinasiya etməyə kifayət edib.

Qeyd olunur ki, vaksinasiya tempi gündəlik 33,1 milyon dozaya çatıb. Sözügedən temp qorunub saxlanılacağı halda altı ay sonra dünya əhalisinin 75 faizi peyvəndlənmiş olacaq.