Almaniyanın Koburq şəhərindəki oyuncaq müəssisəsi ölkənin Kansleri Angela Merkelin hakimiyyətdən gedişini özünəməxsus şəkildə qeyd edib.
Fabrikdə hökumət başçısının prototipi olduğu oyuncaq ayı hazırlanıb.
Yumşaq oyuncağın satış qiyməti 189 avrodur.
Qeyd edək ki, vaxtilə fabrikdə Barak Obama, II Yelizaveta, Avraam Linkoln, Teodor Ruzvelt kimi məşhurların da oyuncaq nümunələri təqdim olunub.