Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

0
305

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb.

Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsaslarla fəaliyyət göstərib.  

Pandemiya dövründə ölkədə qapanmaların olması səbəbindən qurumda ciddi maliyyə problemləri yaranıb. Nəticədə əksər əməkdaşlar, psixoloqlar bu təşkilatla yollarını ayırıblar.

Məsələ ilə bağlı açıqlama verən Səməd Seyidov Siyasi Psixologiya Mərkəzinin bağlandığını dolayısı ilə təsdiq edib:

“Vallah pandemiya dövründə ölkədə heç bir mərkəz normal işləyə bilməzdi. Bu barədə çox danışa bilmirəm, sükan arxasındayam, avtomobili idarə edirəm”.

Qeyd edək ki, Səməd Seyidov 2016-cı ildə Siyasi Psixologiya Mərkəzini təsis edib.