Dövlət agentliyinə COVID-19-la bağlı neçə müraciət daxil olub? – RƏSMİ

0
340

Cari ilin ilk səkkiz ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin çağrı mərkəzinə 134 259 müraciət daxil olub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, bu ilin yanvar-avqust ayları ərzində çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 36 208, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 35 308, psixoloji dəstəklə bağlı xəttinə 2 124, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6 860, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə 33 724, vaksinasiya ilə bağlı xəttinə isə 20 035 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin 14 820-si koronavirus şübhəsi, 9 471-i özünütəcrid müddəti, 1 952-si xarici ölkəyə getmək üçün tələb olunan tibbi arayışların verilməsi ilə bağlı olub. İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 5 172-si müayinə və müalicə, 5 139-u əlillik məsələləri, 4 468-si dərman və cihaz təchizatı barədə olub.

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstəyə 264, ictimaiyyət və tibbi heyət üçün psixoloji dəstək üçün 255, psixoloji pozğunluqlar (Psixopatologiya) ilə bağlı 71, COVID-19 xəstələri üçün psixoloji dəstək ilə bağlı isə 30 müraciət daxil olub.

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin 3 428-i isə tibbi müayinə və müalicə ilə bağlı olub.