Emin Əmrullayevdən universitetlərə builki qəbulla bağlı AÇIQLAMA

0
350

“Bu il maksimal sayda insan tələbə adını qazanıb. 700 balı heç vaxt təhsilin keyfiyyət göstəricisi kimi qəbul etməmişəm”. 

Bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib. 

Onun sözlərinə görə, builki qəbulun bal göstəriciləri hələ təhlil olunmayıb: 

“Bir ilin testləri ilə ötən ilin testlərini müqayisə ediriksə, burada elmi araşdırmaların olması vacibdir, nəinki ictimai rəyin. Bu il həm bakalavr, həm magistr səviyyəsində ən çox insanın tələbə adını qazanması və 99 faiz yerin dolması yaxşı göstəricidir. Məndə olan bəzi məlumata görə, nəticələr yüksəkdir”.