Eldar Əzizovdan açıqlama- FOTO

0
804

Bakının Nizami rayonu ərazisində yerləşən “X-Lady” mağazasında baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: “Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq”.

Hazırda yanğın tamam söndürülüb. Hadisə əsasən “İzabel” Ayaqqabı Mağazasının və “X – Lady” mağazasının sonuncu mərtəbəsində baş verib.

 

Yanğın sönürüldü –
Yanğın sönürüldü –
Yanğın sönürüldü –