Qazaxıstanda silah-sursat anbarında baş verən partlayışdan sonra beş hərbçi həlak oldu

0
322

Qazaxıstanda silah-sursat anbarında baş verən yanğın və partlayışların nəticələrini aradan qaldırarkən beş hərbçi həlak olub.

“RİA Novosti” bu barədə ölkənin müdafiə naziri Nurlan Yermekbayevin açıqlamasına istinadla məlumat yayıb.

Dünən axşam Jambılski vilayətində hərbi anbarda baş verən partlayışdan sonra 90 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Onların 12-si hərbçi olub.

Son məlumatlara görə, 28 nəfərin xəstəxanada müalicəsi davam edir, onlardan 6-nın vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başladılıb. Yanğın hələ də davam edir.