Mingəçevirdə 32 yaşlı qadın özünü Kürə atdı

0
386

Mingəçevirdə 32 yaşlı qadın özünü Kür çayına atıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 

1989-cu il təvəllüdlü Rüstəmova Gülnar Nəzər qızı nəqliyyat körpüsünə çıxaraq özünü Kür çayına atıb.

O, xəsarət alsa da, qayıqçı tərəfindən xilas edilib və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.