Yer üçün ən təhlükəli səma cismi hansıdır?

0
336

Astronomlar Bennu Yerətrafı asteroidini planetimiz üçün ən təhlükəli səma cismi olduğunu müəyyən ediblər.

Bu barədə “Icarus” elmi jurnalında dərc edilmiş məqalədə bildirilib.

Alimlər Yerüstü teleskopların və planetlərarası “Osiris-REx” stansiyasının köməkliyilə asteroidin planetimiz üçün təhlükə dərəcəsini araşdırıblar.

Məlum olub ki, 500 metr diametrə malik Bennu 2182-ci ilin sentyabr ayında Yerlə toqquşa bilər.

Palermo şkalasına görə, bu, ən yüksək astronomik təhlükə hesab olunur.