Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə ölən mülki şəxslərin sayı AÇIQLANDI

0
374

Ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, həmin müddətdə 23 nəfər həlak olub.

Bundan başqa 36 mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıb.