Rəsmi Bakı Əlcəzairə başsağlığı verdi – FOTO

0
292

Azərbaycan Xarici İşlər Nazirliyi Əlcəzairə başsağlığı verib.

Bununla bağlı Azərbaycan XİN-in “Twitter” hesabında paylaşım edilib.

Məlumatda Əlcəzairdəki meşə yanğınları nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verilib, yaralıların tezliklə sağalması arzu olunub.

“Bu çətin günlərdə dualarımız dost Əlcəzair xalqı ilədir”, – deyə başsağlığında bildirilib.