Azərbaycan MN: “Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir”

0
379

Etimadını itirmiş Ermənistan Müdafiə Nazirliyi öz çirkin əməllərindən əl çəkmir və yalan məlumatlar yaymaq məqsədilə müxtəlif üsullara əl atır.

Bu barədə Müdafiə Nazirliynin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Ermənistan mətbuatı təxribatları ört-basdır etmək üçün yerli əhalinin adından istifadə edərək, guya dövlət sərhədi yaxınlığında törənən partlayış nəticəsində yanğının baş verməsi və bundan sonra Arazdəyən istiqamətində atəş açılması barədə məlumatlar yayır:

“Bildiririk ki, bu tip məlumatların heç bir əsası yoxdur və dezinformasiyadır. Azərbaycan ordusunun bölmələri tərəfindən yalnız qarşı tərəfin təxribatlarının qarşısını almaq və onları susdurmaq məqsədi ilə atəş açılır”.