Təbiət və texnogenik qəzalar – fövqəladə vəziyyətlərdə necə hərəkət etməli?! Video

0
405

Dünya TV-nin sosial tele-layihəsi sayılan intellektual “Üz-üzə” tok-şousunun budəfəki müzakirəsi təbiət və texnogenik qəzalar – fövqəladə vəziyyətlərdə, zəlzələ, meşə və bina yanğınları zamanı insanlar, əlaqədar dövlət qurumları necə hərəkət etməlidir?!

Qardaş Türkiyədə və Lənkəranda meşə yanğınlarınin səbəbləri və qazanılan təcrübələriniz, Azərbaycan Respublikasının Fövqəladə hallar Nazirliyinin igid yanğınsöndürənlərinin dünyanı heyrətə gətirən qəhrəmanlıqları müzakirə edilən verilişdə maraqlı təkliflər səslənib.

Könül Həbibqızının qonaqları Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, kitabxana.net, yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov, tanınmış huquqşunas Tağı Hüseynov və Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi İdarə Heyətinin üzvü, , Prezident təqaüdçüsü, kitabxana.net, yenimedia.net portallarının eksperti, yazıçı-publisit Qəni Camalzadə idi.