Rusiyadakı meşə yanğınlarının fəsadları Qrenlandiyaya çatıb

0
301

Rusiyanın Saxa-Yakutiya Respublikasının ərazisində baş verən meşə yanğınlarının tüstüsü Qrenlandiya adasına çatıb.

Bu barədə Avropa Hava Monitorinqi Xidməti məlumat yayıb.

Qeyd olunur ki, Saxa-Yakutiya Respublikasının ərazisində son bir gündə yanğınların sahəsi 255 min hektara qədər genişlənib və bu mütləq rekorddur.

Hazırda Qrenlandiya ərazisindən hiss iyinin gəldiyi qeyd olunur.