“Gədəbəy” Qarabağa su göndərir – FOTO

0
436

Qarabağda aparılan bərpa-quruculuq işlərində bütün Azərbaycan iştirak edir desək yanılmarıq. Orada gecə-gündüz çalışan, qulluq çəkən hər bir kəs bizim üçün qəhrəmandır. Bu insanların təhlükəsiz qidalanması üçün hər bir tədbir görülür.

İçdikləri su isə Gədəbəy dağlarından Qarabağa aparılır. İllərdir ölkədə keyfiyyətli su istehsalçısı kimi ad qazanan “Gədəbəy Mineral Suları” MMC bu gün bu missiyanı həyata keçirir. 

Təsəvvür edin ki, dağların ətəyində Gədəbəy rayonunun Zəhmət kəndində son texnologiyaya malik fabrik fəaliyyət göstərir. Bütün avadanlıqlar Almaniyadan gətirilsə də fabrikin əsas heyəti Gədəbəydəndir. Baş texnoloq isə Türkiyənin Sakarya bölgəsindən gəlib. İstehsal olunan bütün məhsulların keyfiyyətinə tam cavab verir. 

“Gədəbəy Mineral Suları” müəssisəsində 38 çeşiddə müxtəlif həcmli qazlı və qazsız mineral su, limonad məhsulları istehsal olunur. Məhsulların tərkibi yalnız və yalnız təbii bulaq suyundan ibarətdir. Fabrikə bir neçə bulaqdan su xətti daxil olur. Bulaqlar hamısı hasara alınaraq mühafizə olunur. Kameralar vasitəsilə müşahidə altında olan bulaqlardan gələn su hər gün laboratoriyada analiz olunur. Hər saatdan bir istehsal olunan suyun fiziki-kimyəvi, hər həftədən bir isə mikro-bioloji tərkibi analiz olunur. İstehsal xəttindən hər saat bir şüşə su götürülərək şahid anbarında nümunə üçün saxlanılır. 

Fabrikin direktoru İbrahimov Nadir bildirdi ki, şahid anbarında saxlanılan su nümunəsi istehsal olunan məhsulda hansısa problem yarandığı halda bunun səbəbinin istehsalatda, ya da yalnız hansısa bir şüşədə olduğunu ortaya qoyur. Bu da istehsalçının məhsula maksimal dərəcədə məsuliyyətli yanaşmasından xəbər verir. 

Fabrik direktoru onu da qeyd edir ki, əgər hər hansı bir təbii hadisə nəticəsində bulaqlardan gələn suda qoxu, bulanıqlıq, çirklilik müşahidə olunursa, o zaman anbara yığılan sular təbiətə axıdılır. Yəni çaya. Və proses yenidən başlanılır. Təbii bulaq suyu kömür və qum filtrlərindən keçirilir, anbara yığılır.

Fabrikin su anbarına müxtəlif istiqamətlərdən 8 bulaqdan gələn təbii su iki xəttlə daxil olur. Xətdəki suyun tempraturu 11 dərəcə olduğu halda, şüşəyə doldurulana kimi 14 dərəcəyə qədər yüksələ bilər. Bu da bir daha “Gədəbəy Mineral Suları”nın təbii bulaq suyu olmasını sübut edir. Bulaqların başında quraşdırılmış filtrlərdən keçən təbii bulaq suyu fabrikə daxil olandan sonra bir neçə təmizləmə prosesindən keçir. Lakin bu təmizləmə suyun fiziki-kimyəvi tərkibini və ən əsası dadını dəyişmir. Əsas məqsəd təbiətdən gələn mineral suyu torpaq və təhlükəli maddələrdən təmizləməkdir. Ən sonda su Almaniya istehsalı olan 0.2 mikron ölçüyə malik süzgəclərdən, ultra filtrdən keçərək şüşələrə doldurulur. 

“Gədəbəy Mineral Suları” MMC satışa təqdim etdiyi qablaşdırılma geniş diapozona malikdir. 0,33 litr “Slavyanka” markalı təbii mineral süfrə suyundan 19 litr “Slavyanka” və “Gədəbəy” markalı təbii mineral süfrə suyuna qədər dəyişir. “Gədəbəy Mineral Suları”nın əsas ana bulağı Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Ana və 8 bulağın sayəsində şirkətin gücü hazırda 250 000 litr su istehsal etməyə imkan verir. Lakin şirkətin hədəfi 400 000 litrdir. Bunun üçün artıq yeni bulaqların mənimsənilməsi işi aparılır. Bulaq suyunun minerallarla zəngin olması həm də onun müalicəvi məqsədlərlə istifadəsini təyin edir. “Slavyanka – 1” və “Gədəbəy” markalı sular təbii kimyəvi tərkiblərinə görə piylənmənin qarşısını alır, həzm prosesini asanlaşdırır. Bundan əlavə suyun tərkibində olan metaselikat turşusu böyrək və öd yolları üçün faydalı olması sübut olunub. 

“Gədəbəy Mineral Suları”nın minerallığı, turşu-qələvi balansı standartlara uyğun hesab olunur. Bunu bir çox saylı nüfuzlu və beynəlxalq sertifikatların olması bir daha sübut edir. Çox zaman alıcıları “Gədəbəy Mineral Suları”nın qiymətinin digər sulardan niyə fərqli olması sualı narahat edir. Sonunda marketlərlə satılan sular hamısı eyni cürdür düşünənlər də var. Bütün gördüklərimizdən sonra bir daha məsuliyyəti üstümüzə götürüb deyə bilərik ki, “Gədəbəy Mineral Suları” həqiqətən də təbii bulaq suyudur, qiymətlidir, çoxsaylı və pilləli təmizləmə prosesindən keçir. Keyfiyyətli şüşələrə qablaşdırılır və nəhayət, ölkənin hər bir tərəfinə çatdırılır. Bu sulardan həm evdə, həm iş yerlərində istifadə olunur. Gədəbəyin mərkəzindən bir qədər uzaqda yerləşməsi isə bu bulaqların təmiz qalmasına səbəbdir. Yəni digər istehsal sahələri orada olmadığı üçün bu bulaqlar ilkin təbiiliyini və təmizliyini qoruya bilib. Və qiymətin son formalaşma məqamı da loqistik xərclərin olmasıdır. Bədənimizin əsas hissəsini təşkil edən su bizə həqiqətən də çox vacibdir. Bu məhsulu seçəndə də diqqətli olmaq şərtdir. Su ilk növbədə təbii, mineral, faydalı və təmiz olmalıdır. “Gədəbəy Mineral Suları” bütün bu məqamları özündə birləşdirməyə nail olduğu üçün artıq xarici bazara da məhsul təqdim etməyi bacarıb. “Slavyanka – 1” və “Gədəbəy” mineral suları Rusiya, Belarus, Qazaxıstan, Bəhreyn və İraqa ixrac olunur. Bu da daha bir Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir.