Aydın Xan Əbilov İNK Təşkilatdaxili Audit və Akkreditasiya Mərkəzinin rəhbəri təyin edilib

0
349

İNK İdarə Heyətinin qərarı ilə Aydın Xan Əbilov sıraların 125 ictimai təsisatı birləşdirən İNK təşəbbüsü ilə yeni yaratdığı Audit və Akkreditasiya Mərkəzinin rəhbəri təyin edilib.

Akkreditasiya – səlahiyyətli orqan vasitəsi ilə konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin rəsmi tanınmasını təmin edən vasitədir.

Uyğunluğun qiymətləndirilməsi orqanlarının (UQO) akkreditasiyası onların həyata keçirdikləri uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin yerinə yetirilməsinə səriştəli olduqlarına dair zəmanətin formalaşdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin milli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib olan mexanizmdir.

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti