Xəzərdə batan 29 yaşlı gəncin meyiti tapıldı

0
333

Xəzər dənizində batan Salyan rayon sakininin meyiti tapılıb.

Rayonun Xıdırlı kənd sakini, 1992-ci il təvəllüdlü Xəlilov Xamis Füzuli oğlunun meyiti sahildə aşkar edilib.

Meyit müayinə olunması üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, X.Xəlilov ötən gün balıq tutmaq məqsədi ilə motorlu qayıqla dənizə çıxmışdı.

Faktla bağlı araşdırma aparılır.