Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 pasportu tələb edilməyəcək.
Bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək.