Geridönməz halları olan uşaqlara əlillik müddətsiz təyin ediləcək

0
349

Qüvvədə olan 94 normativ hüquqi akt əlillik təyinatı sistemində köklü dəyişikliklərə uyğunlaşdırılacaq, o cümlədən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəzlənəcək.

Bu barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyin müəyyən olunması meyarları” ilə əlaqədar hazırlanmış qanunvericilik layihəsində qeyd edilib.

Geridönməz halları olan uşaqlara əlillik 18 yaşa qədər deyil, müddətsiz təyin ediləcək.

Yeni “Əlilliyin müəyyən olunması meyarları”nın hazırlanmasında əsas məqsəd əlillik təyinatlarında həssas və obyektiv yanaşmanın, ünvanlılıq və sosial ədalətin təmin edilməsidir.

Bu meyarlar eyni zamanda, əlillik təyinatı sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqinə, xidmətin keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılmasına xidmət edir.