Ermənistan parlamentindən rüsvayçı görüntülər: Vitse-spiker deputatı təhqir etdi

0
361

Ermənistan parlamentinin müstəqil deputatı Taqui Tovmasyanı kürsüdən hakimiyyəti tənqid etdiyi üçün təhqir olunub.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Belə ki, çıxışı zamanı dövlət orqanlarının müharibədə ölənlərin qalıqları barədə üzr istəməsinin kifayət etmədiyini söyləyən deputat vitse-spiker Lena Nazaryan tərəfindən susdurulub və “axmaq” adlandırılıb. Lena Nazaryan sözügedən ifadəni istifadə edərkən mikrofonun açıq olduğunu unudub. 

Qanunverici orqanın vitse-spikerinin təhqirindən sonra deputat dərhal parlament kürsüsünü tərk edib.