“Yay məktəbi” zamanı müəllimlərə əlavə pul ödəniləcəkmi? – AÇIQLAMA

0
428

“İyun ayının sonuna qədər müəllimlər dərs yükünə uyğun maaş alırlar. Məktəblərdə təşkil olunacaq “Yay məktəbi” üçün müəllimlərə əlavə ödəniş nəzərdə tutulmur”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, müəyyən rəğbətləndirmə tədbirləri ola bilər:

“Yay məktəbi” 10 günlük nəzərdə tutulub və iyul, avqust aylarında keçirilməyəcək. Yay məktəbini açıq havada, böyük ağacın altında keçirmək yaxşı ideyadır”.

“Məktəbdən kənar yerdə dərsin keçirilməsi müəyyən çətinliklər yarada bilər”, – deyə nazirlik rəsmisi qeyd edib.