Sürücülərin NƏZƏRİNƏ: “Formula-1” ilə əlaqədar paytaxt yollarının müvafiq hissəsi daraldılacaq

0
338

İyunun 4-6-da Bakıda keçiriləcək növbəti “Formula-1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri sürətlə davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin diqqətinə çatdırır ki, şəkildə qeyd olunan ərazidə görülən hazırlıq işləri ilə əlaqədar olaraq Üzeyir Hacıbəyov küçəsinin Azadlıq prospekti ilə və həmçinin Azadlıq prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişdiyi yerlərdə yolun hərəkət hissəsi mayın 27-i, gecə saatlarından etibarən sol tərəfdən iki zolaq qədər daraldılacaq.

Sürücülərdən xahiş olunur ki, hazırlıq işlərinin aparıldığı yerlərdə avtomobillərini parklamasınlar. Göstərilən anlayışa görə əvvəlcədən təşəkkür edirik.