Nigeriyada gəmi faciəsi: 100-dən çox sərnişin itkin düşüb

0
337

Nigeriya sularında sərnişin gəmisi çevrilib.

“Frans-Press” xəbər verir ki, hadisəyə gəminin həddən artıq yüklənməsi səbəb olub.

Belə ki, 80 nəfərlik gəminin göyərtəsinə 160 sərnişin qalxıb. Hazırda sərnişinlərdən 22-si sağ olaraq sudan çıxarılıb.

İnsident nəticəsində bir nəfərin ölümü təsdiqlənib. Qalanları isə itkin düşmüş sayılır.

Faciə qurbanlarının sayının artacağı gözlənilir.