Dünyanın ən böyük çəhrayı brilyantı rekord qiymətə satıldı – FOTO/VİDEO

0
440

Honqkonqda keçirilən hərracda 15,81 karatlıq çəhrayı rəngli “Sakura” brilyantı 29 milyon dollara (49,3 milyon manat) satılıb.

TASS-ın “Cristie’s” Hərrac Evinə istinadla məlumatına görə, bu rəqəm belə çalarda olan qiymətli daş üçün rekord qiymətdir.

“Sakura”nın öz növündə çəhrayı rəngə malik olan ən böyük brilyant olduğu vurğulanıb.

Qeyd edilir ki, bu cür almazlar təbiətdə olduqca nadirdir. Onların da cəmi 10 faizi  0,2 karatdan çox olur.