İctimai Nəzarət Koalisiyası bölgələrdə: növbəti səfər Tovuza idi…

0
697

Mayın 20-sində İNK İH-nin rəhbəri, Sabitlik və İnkişaf Mərkəzinin sədri, DAMMİB I vitse-prezidenti, ictimai xadim Rasim Məmmədov, eyni zamanda sıralarında 115 təsisatı birləşdirən İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları və Milli Qəhrəman Ailələri Komitəsinin başçısı, şəhid Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva Tovuz rayonuna işgüzar səfər ediblər.Son vaxtlar İctimai Nəzarət Kolaisiyasına, eləcə də DAMMİB və SİMİB-yə ölkəmizin müxtəlif bölgələrindən, xüsusən Tovuz və Ağstafa rayonlarından üzvlük və fəxri üzvlüklə bağlı müraciətlərin sayı durmadan artır. Bunu nəzərə alan İNK rəhbərliyi qəbulla bağlı təşkilatdaxili ciddi reqlamenti nəzərə alaraq yerlərdə vətəndaşların müraciətlərini dinləmək üçün vaxtaşırı müxtəlif rayonlarda səfərlərdə olurlar.İNK-dan bildirilib ki, İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları və Milli Qəhrəman Ailələri Komitəsinin sədri, şəhid Milli Qəhrəman Samir Xasıyevin anası Gözəl Xasıyeva həm də qurumun Tovuz rayon şöbəsinə rəhbərlik edir.Səfər zamanı Tovuz rayon sakinlərinin bir qrupu İNK və SİMİB sədri və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Rasim Məmmədova üzvlüklə bağlı rəsmi müraciət ediblər. Bugünkü görüş zamanı, İNK sədri R.Məmmədov və rəhbərlikdə təmsil olunanlar, hər dəfə olduğu kimi, yenə də şəhid ailələrinə və qazilərə xüsusi qayğı ilə yanaşıblar, edilən müraciətləri də dəstəklədiyini bildirmişlər. İNK sədri R.Məmmədov və Gözəl xanım Xasıyeva DAMM İB prezidenti Çingiz Abdullayev və təşkilatın çoxsaylı üzvlərinin salamlarını rayon ictimaiyyətinə çatdırıblar.Rasim Məmmədov yeni üzvlərə təşkilatda aparılan yenilənmə və islahatlar haqqında məlumat catdirib, uzun hazırlıqdan sonra bu yaxınlarda qurduqları yeni mərkəz – İNK Təskilatdaxili Audit və Akkreditasiya Mərkəzi haqqında geniş məlumat verib.G.Xasıyeva Tovuz ictimaiyyətinin nümayəndələrinə yeni mərkəzin yaradılmasını yüksək dəyərləndirdiyini bildirmiş, 5 ildən artıq geniş profilli fəaliyyətləri ilə ölkədə tanınan və nüfuz qazanan, böyük ictimai hərəkat kimi qəbul edilən İNK – SİMİB və DAMMİB-nin fəaliyyətini ardıcıl izlədiklərinə, aparılan yüksəksəviyyəli işləri dəyərləndirdiklərinə görə yeni üzvlərə təşəkkürünü çatdırıb.Son vaxtlar İNK sıralarından uzaqlaşdırılan bəzi keçmiş üzvlərin qərəzli əməllərini və qarayaxma kampaniyasını ən yaxşı cavab kimi durmadan sırasını genişləndirən İNK-nın fəaliyyətini yüksək qiymətləndirən yeni üzvlər ictimai nəzarətçi aləsinin üzvləri qəbul olunmalarıi ilə fəxr etdiklərini söyləyiblər.İNK sədri Rasim Məmmədov dəyərli fikirlərinə görə yeni üzvlərə minnətdarlığını çatdırıb, Gözəl Xasıyevaya və İctimai Nəzarət Koalisiyası Ailəsinin fədəkar üzvlərinə sayğısını ifadə edib.İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti