Abşeronda avtomobil qəzası 200 ailəni qazsız qoydu

0
323

Abşeron rayonunun Qobu qəsəbəsində “KamAZ” markalı yük avtomobili yol kənarındakı diametri 100 mm olan qaz xəttinə çırpılıb. Nəticədə ərazidə yaşayan 200-ə yaxın abonent qazsız qalıb.

Bu barədə  “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

O bildirib ki, sözügedən avtomobil qəzası nəticəsində ərazidən keçən qaz xətti ziyan dəyib:

“Hadisə ötən gün axşam saatlarında olub. Baş verən qəza səbəbindən hadisə yerinə baxış keçirilib və fəsadların aradan qaldırılması üçün müəyyən prosedurlar icra olunub. Qəzanı törədən şəxs dəymiş ziyanın ödənilməsində iştirak etməlidir, mal-materialın alınmasına başlanılıb.

Yaxın ərazidə yaşayan 200-ə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Yəqin ki, gün ərzində problem tamamilə aradan qaldırılacaq və abonentlərin qaz təchizatı bərpa ediləcək”.