Bakıdakı “Formula 1”in marşal və könüllü sayı bilindi

Azərbaycanda keçiriləcək növbəti “Formula 1” yarışı ilə bağlı son yeniliklər diqqətə çatdırılıb. 

Bununla bağlı Bakı Şəhər Halqasının mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf məlumat verib. 

Onun sözlərinə görə, yarışda 1300-ə yaxın marşal iştirak edəcək:

“Onların 30-50 nəfəri xarici marşallar olacaq. Marşallar daha yaxşı mobilizasiya və kapsula mühitinin qorunub saxlanması üçün Atletlər Kəndində qalacaqlar. Könüllülərin isə 500 nəfər olması nəzərdə tutulub”. 

Qeyd edək ki, Azərbaycan Qran Prisi 4-6 iyun tarixlərində keçiriləcək.